Fed faiz qərarını açıqladı | Banco.az

Fed faiz qərarını açıqladı

Fed ardıcıl 3-cü dəfə faiz endirdi

ABŞ Mərkəzi Bankının (Fed) pul siyasətini müəyyən edən Federal Açıq Bazar Komitəsinin (FOMC) faiz qərarı açıqlandı.

Komitə faizləri 1,75% - 2.00% aralığından 1.50% - 1.75% aralığına endirib. İqtisadçılar da faizlərin 25 bənd azaldılacağını gözləyirdilər. 

Fed İyul iclasında faizləri 25 bənd azaldaraq 2,25% - 2,50% aralığından 2% - 2,25% aralığına, Sentyabr ayındakı iclasında isə 25 bənd azaldılaraq 2% - 2,25% aralığından 1,75% - 2% aralığına endirmişdi.

 

Makro iqtisadi göstəricilərin pisləşməsi, ABŞ və Çin arasındakı ticarət müharibəsi, Brexit və qlobal iqtisadi artıma dair narahatlıqlar Fed-i faiz endiriminə məcbur edir.

Fed açıqlamasında qeyd edib ki, gələcəkdə faizlərin uyğun səviyyəsini müəyyən etmək üçün məlumatları və göstəriciləri izləyəcəkdir. 

Fed-in artıq "gözlə gör" mövqeyinə keçəcəyi, Dekabr ayında faiz endirməyəcəyi proqnozlaşdırılır.

Fed qeyri-müəyyənliyin davam etdiyini təkrarlayıb. 

Fed qeyd edib ki, ölkədə işsizlik aşağıdır və məşğulluq artmaqda davam edir. 

Açıqlamada iqtisadi fəaliyyətin mülayim bir sürətdə artdığına və istehlakın güclü olduğuna diqqət çəkilib. Sərmayə və ixracatın isə zəif qaldığı vurğulanıb.

Fed inflyasiya gözləntilərinin çox az dəyişdiyini qeyd edib.  

Fed-in faiz qərarından sonra Avro/Dollar məzənnəsi çox dəyişməyib və Bakı vaxtı ilə saat 10:15-də 1.1108 səviyyəsində olub. 

Marja