Müəllif: Tamara Mustafayeva, Banco.az
BVF: FED faiz dərəcəsini hazırki səviyyədə saxlamalıdır.
Banco.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun prezidenti Kristalina Georgieva ABŞ iqtisadiyyatı ilə bağlı 4-cü maddə üzrə məsləhətləşmələr çərçivəsində auditin aparıcı nəticələrinin paylaşıldığı mətbuat konfransında ölkə iqtisadiyyatı ilə bağlı qiymətləndirmələr edib.
ABŞ iqtisadiyyatının olduqca güclü olduğuna diqqət çəkən Georgieva fəallığın və məşğulluğun proqnozları üstələdiyini və inflyasiyanın azaldılması prosesinin çoxlarının qorxduğundan daha az xərc tələb etdiyini bildirib.
Georgieva ABŞ-ın ümumi daxili məhsulu (ÜDM) pandemiyadan əvvəlki səviyyəni keçən yeganə G20 üzvü olduğuna diqqət çəkib və bunun həm ölkə, həm də qlobal iqtisadiyyat üçün yaxşı olduğunu vurğulayıb. Bu ilin son rübündə ötən illə müqayisədə 2 faiz artım gözlədiklərini dilə gətirən Georgieva orta müddətli dövrdə də oxşar artım tempinin davam etdiriləcəyini proqnozlaşdırdıqlarını ifadə edib.
Georgieva bəyan edib ki, ölkə iqtisadiyyatı yaxşı templə gedir və bu, FED-ə siyasət faizini tənzimləmək üçün mühüm şərait yaradır. Onun sözlərinə görə, uçot dərəcəsi yalnız inflyasiyanın davamlı olaraq 2 faiz hədəfinə qayıtdığına dair aydın sübutlar olduqdan sonra azaldılmalıdır.
Bizi sosial şəbəkələrdən izləyin!!