“FED faiz artımlarını dayandıra bilər” | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

“FED faiz artımlarını dayandıra bilər”

Müəllif - Aida İsaq, Banco.az

Ötən ay bank sektorunda müşahidə olunan böhran və ABŞ əmək bazarının son vəziyyəti FED-in faiz dərəcələrini artırmasının qarşısını ala bilər.

Banco.az xəbər verir ki, bu barədə dünyada ən böyük aktivlərin idarə edilməsi şirkəti olan “BlackRock”un CEO-su Rick Rieder bildirib. Onun sözlərinə görə, cümə günü açıqlanan təsərrüfatdankənar əmək haqqı məlumatları həyəcan təbili çalmır. Ancaq bu investorlara daha yavaş iqtisadi şəraitdə hansı addımların atılmalı olduğunu göstərir.

Şirkət rəhbərinin sözlərinə görə, FED-in may toplantısında növbəti faiz artımını həyata keçirərək faiz artımlarını dayandıracağı gözlənilir. Eyni zamanda o, səviyyəni dəyişmədən faiz artımının dayandırılacağı ehtimalının olduğunu da qeyd edib.

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram