FED-dən sonra bu mərkəzi bank da faiz qərarını açıqlayıb | Banco.az

FED-dən sonra bu mərkəzi bank da faiz qərarını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

FED-in ardınca digər mərkəzi bankların da faiz qərarları bəlli olur.

Banco.az xəbər verir ki, Çinin Honkonq Xüsusi İnzibati Bölgəsi ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini 75 baza bəndi artırmasından sonra dollara bağlı məzənnə rejimi səbəbiylə eyni dərəcədə artım edib.

Bölgənin de-fakto mərkəzi bankı olan Honkonq Valyuta Təşkilatının (HKMA) yaydığı bəyanatda, faiz dərəcəsinin 75 baza bəndi artırılaraq 4,25 faizə çatdırıldığı bildirilib.

Xatırladaq ki, FED dünən verdiyi qərarla qısamüddətli siyasət faizini 75 baza bəndi artıraraq 3,75-4,00 faiz aralığına qaldırmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram