"DoubleLine Capital"ın Baş İnformasiya inzibatçısı Jeffrey Gundlach,"Amerika Mərkəzi Bankı (Fed) bu iclasda faiz artırmamalıdır" deyib.
Gundlach CNBC-yə verdiyi müsahibəsində, "Fed bu həftəki iclasında faiz artırmamalıdır, çünki istiqraz bazarına dair narahatlıqlar və yavaşlayan iqtisadiyyata dair gözləntilər 2020-ci ildə pul siyasəti dəyişikliyi tələb edə bilər",- deyib.
"Fed-in faizləri artırmasının lazım olduğunu düşünmürəm", - deyən Gundlach, ticarət müharibəsinə dair də "ABŞ ilə Çin arasında ticarət müharibəsi yəqin ki, daha da pisə gedəcək, bu vəziyyət qlobal iqtisadiyyata ciddi mənada zərər verir" açıqlamasını edib.
NAVARRO: "FED FAİZ ARTIRMAMALIDIR"
ABŞ Prezidenti Donald Trampın Ticarət müşaviri Peter Navarro, "İqtisadiyyatın böyüdüyü mühitdə Fed Çərşənbə günü faiz artırmamalıdır" deyib.
CNBC-yə verdiyi müsahibəsində bazarlardakı volatilliyə görə Fed-i günahlandıran Navarro, "Fed, məlumatlara baxmalıdır. İldə üç dəfə faiz artırmaq dəlilikdir",- deyib.
"FED-İN FAİZ ARTIRMAĞI DÜŞÜNMƏSİ BELƏ AĞILASIĞMAZDIR"
Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp, sosial media platforması "Twitter"dən verdiyi açıqlamada "Fed-in faiz artırmağı düşünməsi belə ağlasığmazdır" deyib.
Tramp, "Dolların güclü, demək olar ki, inflyasiyanın olmadığı və dünyanın çalxalandığı, Parisin yandığı, Çinin pis vəziyyətdə olduğu" bir dövrdə Fed-in faiz artırmağı qiymətləndirməsinin belə "ağlasığmaz" olduğunu bildirib.
Fed, Çərşənbə günü başa çatacaq ilin son iclasının ardından saat 23:00-da qərarını açıqlayacaq. Fed-in faiz artıracağı gözlənilir.
Marja.az