Müəllif - Aida İsaq, Banco.az
ABŞ-da "Silikon Vadisi Bank"ı və “Signature Bank” iflas etdikdən sonra FED banklara yeni krediti imkanını təqdim edib.
Banco.az xəbər verir ki, müvafiq layihə banklara əmanətçilərin tələblərini ödəməyə kömək etmək və bank sisteminin qarşılaşa biləcəyi təsirlərin qarşısını almaq məqsədi daşıyır. Məlumata görə, yeni kredit imkanının əsas məqsədi əmanətçiləri pullarının təhlükəsiz mənbədə olduğuna inandırmaqdır. Bankların ehtiyac duyduğu likvidlik tələbini ödəmək üçün yuxarı həddin olmadığı vurğulanıb. Bununla yanaşı, yeni proqramın əmanətçilərin vəsaitlərini geri götürmək tələblərini kəskin şəkildə azaldacağı gözlənilir. Eyni zamanda bankların üzərindəki təzyiqi azaldacağı proqnozlaşdırılıb.
Bizi sosial şəbəkələrdən izləyin!!