FED bankçılıq sektorunda qaydaları sərtləşdirməyə hazırlaşır | Banco.az

FED bankçılıq sektorunda qaydaları sərtləşdirməyə hazırlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Federal Ehtiyat Sistemi (FED) ölkənin bankçılıq sistemi üçün tətbiq olunan qaydaları sərtləşdirməyə hazırlaşır.

Banco.az xəbər verir ki, Silikon Vadisi Bankı (SVB) də daxil olmaqla üç bankın bir həftə ərzində müflis olmasından sonra Federal Ehtiyat Sistemi (FED) orta ölçülü banklara daha sərt qaydalar tətbiq etməyi düşünür.

FED orta ölçülü bankları tənzimləyən qaydalarında daha sərt kapital və likvidlik tələbləri və illik stress testlərini gücləndirmək istiqamətində addımlar daxil olacağı dəyişiklikləri nəzərdən keçirir.

Qeyd edək ki, sözügedən dəyişikliklər aktivləri 100-250 milyard dollar arasında olan banklar üçün tətbiq olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et