Fed ABŞ xəzinə istiqrazlarını yenidən satın almağa başlayacaq | Banco.az

Fed ABŞ xəzinə istiqrazlarını yenidən satın almağa başlayacaq

Fed balansını təkrar böyütməyə başlayacaq

ABŞ Mərkəzi Bankının (Fed) sədri Jerome Pauell, Fed-in, valyuta bazarlarında son dövrdə görülən xaosun təkrarlanmasının qarşısını almağa yönəlmiş səylər çərçivəsində xəzinə istiqrazlarının alışına yenidən başlayacağını bildirib. 

Pauell Çərşənbə axşamı Denverdə "National Association for Business Economics"in konfransında çıxışında, "İş yoldaşlarım və mən yaxın zamanda əlavə tədbirləri açıqlayacağıq" - deyib.

Fed sədri ABŞ Xəzinə istiqrazları alışlarını, Fed-in 10 il öncə iqtisadiyyatı dəstəkləmək üçün həyata keçirdiyi böhran dövrü proqramlara geri dönüşü kimi qəbul edilməməsi lazım olduğunu vurğulayıb. Bu açıqlamaların ardından tədavül müddəti 3 ay olan ABŞ Xəzinə istiqrazlarının faizləri düşüb.

Pauell, "Heç bir şəkildə, bu, monetar genişlənmə deyil" deyib. 

Fed bu il, ABŞ iqtisadiyyatını zəif qlobal iqtisadi artım və ticarət siyasətindən qaynaqlanan qeyri-müəyyənlikdən qorumaq üçün iki dəfə faiz endiriminə gedib.

Marja