FED ABŞ-ın 6 böyük bankı ilə yeni layihəyə imza atacaq | Banco.az

FED ABŞ-ın 6 böyük bankı ilə yeni layihəyə imza atacaq

Tamara Mustafayeva, Banco.az

ABŞ Federal Ehtiyat Sistemi (FED) iqlimlə bağlı maliyyə risklərinin ölçülməsi və idarə olunması qabiliyyətini təkmilləşdirmək üçün ölkənin altı böyük bankı ilə birlikdə gələn il həyata keçiriləcək iqlim ssenarisinin təhlili ilə bağlı pilot layihəyə qoşulacağını bəyan edib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, FED-in bəyanatında maliyyə qurumlarının dayanıqlığının müxtəlif hipotetik iqlim ssenariləri altında qiymətləndiriləcəyi qeyd edilib.

Bəyanatda deyilir ki, ölkənin 6 böyük bankının, auditorların və firmaların iqlimlə bağlı maliyyə risklərini ölçmək və idarə etmək bacarıqlarını təkmilləşdirmək üçün hazırlanmış iqlim ssenarisi təhlili üzrə pilot layihədə iştirak ediləcək.

Ssenari təhlilinin iqlimlə bağlı maliyyə risklərini qiymətləndirmək üçün bir vasitə olduğu qeyd edilən bəyanatda pilot tədqiqatın heç bir kapital və ya audit effektinin olmayacağı vurğulanıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, tədqiqatda iştirak edəcək bankların isə "Bank of America", "Citigroup", "Goldman Sachs", "JPMorgan Chase", "Morgan Stanley" və "Wells Fargo" olduğu bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et