FED 2025 və 2026-cı illər üçün iclas cədvəlini açıqlayıb | Banco.az

FED 2025 və 2026-cı illər üçün iclas cədvəlini açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Federal Ehtiyat Sistemi (FED) 2025 və 2026-cı illər üçün iclas cədvəlini açıqlayıb.

Banco.az xəbər verir ki, FED-in bəyanatında Federal Açıq Bazar Komitəsinin (FOMC) sözügedən illərdə keçirilməsi planlaşdırılan iclaslarının tarixləri yer alıb.

FOMC hər il olduğu kimi 2025 və 2026-cı illərdə də 8 dəfə görüş keçirəcək.

Müvafiq olaraq, FOMC iclasları 2025-ci ildə 28-29 yanvar, 18-19 mart, 6-7 may, 17-18 iyun, 29-30 iyul, 16-17 sentyabr, 28-29 oktyabr və 9-10 dekabr tarixlərində baş tutacaq. Bankın iclasları 2026-cı il 27-28 yanvar, 17-18 mart, 28-29 aprel, 16-17 iyun, 28-29 iyul, 15-16 sentyabr, 27-28 oktyabr və 8-9 dekabr tarixlərində keçiriləcək.

Bundan əlavə, 2027-ci ilin ilk FOMC iclası 26-27 yanvar tarixlərində olacaq.

Ən sərfəli kredit üçün müraciət et

FED-in bu ilin qalan dövrü üçün üç iclası isə 17-18 sentyabr, 6-7 noyabr və 17-18 dekabr tarixlərində keçiriləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram