"Fed, 2019-un ikinci yarısında faiz artırmağa fasilə verəcək" | Banco.az

"Fed, 2019-un ikinci yarısında faiz artırmağa fasilə verəcək"

"Societe General"ın strateqlərinə görə Fed, 2019-un ikinci yarısında faiz artırmağa fasilə verəcək.

"Societe General" strateqlərinin yazdığı bir hesabata görə, ABŞ Mərkəzi Bankının (Fed) Dekabr ayında faiz artırması "qəti olmaqdan uzaq"dır. Hesabatda, 2019-un ilk yarısında Fed-in daha iki dəfə faiz artıracağı və sonra ilin qalanında fasilə verəcəyi qeyd olunub.

Hesabatda, Fed-in faiz artırmağı dayandıracağı ilə bağlı olaraq ABŞ-da təsiri azalan maliyyə təşviqlərinə və   iqtisadi artımın yavaşlayacağına işarə edilib.

Ən sərfəli kredit üçün müraciət et

Hesabatda, "2019 böyük bir ehtimalla bizi faiz artırımının sonuna bir addım da yaxınlaşdıracaqdır" deyilir 
və ABŞ iqtisadiyyatının yəqin ki, 2020-nin ilk yarısında durğunluğa girəcəyi qeyd edilib. 

Məşğulluğun 2019-da yaxşılaşması ilə birlikdə artan maaşların şirkətlərin gəlir marjalarına təzyiq göstərəcəyi və bunun iqtisadiyyatın artmasının yavaşlamasına səbəb olacağını qeyd edən "Socgen" strateqləri, Fed-in 2019-da faizin 3%-ə çatmasının ardından dayanacağını gözləyir.

Marja.az

Ən sərfəli krediti almaq üçün müraciət et