Fateh Sultan Mehmetin medalyonu hərracda rekord qiymətə satılıb | Banco.az

Fateh Sultan Mehmetin medalyonu hərracda rekord qiymətə satılıb

Müəllif:Ayşən İmanova/Banco.az

Fateh Sultan Mehmetin bürünc medalyonu Londonda keçirilən hərracda 1,4 milyon funta satılıb.

Banco.az xəbər verir ki, Londonun “Bonhams” hərrac evində Osmanlı dövrünə aid müxtəlif əşyalar öz alıcılarını tapıb. Hərracın ən mühüm eksponatlarından biri Fateh Sultan Mehmetin  portreti olan medalyon 900 min funt sterlinq (təxminən 37 milyon lirə) başlanğıc qiyməti ilə hərraca çıxarılıb. Hərracın sonunda medalyon 1,4 milyon funt sterlinqə (təxminən 57 milyon lirə) satılıb.

Hərracda satılan medalyonun üzərinə həkk olunmuş şəklin Osmanlı sultanının ən qədim portreti olduğu güman edilir.“Bonhams” Fateh Mehmetin sultan olduğu dövrdə edildiyi deyilən və üzərində “Böyük Şahzadə, Böyük Əmir, Sultan Mehmet Əfəndi” yazısı olan medalyonu 1450-ci ilə aid edir.

Ən sərfəli kredit üçün müraciət et

Bu medalyonun Sultanın son dərəcə şəxsi və əhəmiyyətli bir əşyası olduğu və talisman kimi taxıldığı güman edilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram