"Fanta" da öz loqotipini dəyişdi | Banco.az

"Fanta" da öz loqotipini dəyişdi

Müəllif: Tamara Mustafayeva, Banco.az

Fanta köhnə loqotipindəki narıncı rənglə vidalaşaraq hərtərəfli dizayn hazırlayıb.

Banco.az xəbər verir ki, bu yaxınlarda sizinlə “Pepsi”nin loqosunu dəyişdiyini və korporativ kimliyini yenilədiyini bölüşmüşdük. “Pepsi”nin bu addımından sonra “Coca-Cola”nın nəzdində xidmət göstərən “Fanta” brendi də loqosunu dəyişdirərək yeni imic yaratmaq qərarına gəlib.

“Coca-Cola”nın dizayn komandası ilə brendin kreativ agentliyi “Jones Knowles Ritchi”nin əməkdaşlıq çərçivəsində hazırlanmış yeni loqo geniş auditoriyaya müraciət edərək əyləncəli imic formalaşdırmaq məqsədi daşıyır.

Xatırladaq ki, “Fanta” loqosu müəyyən vaxtlarda dəyişsə də, loqodakı narıncı dizayn illərdir yerində qalıb. Yeni dizaynla isə loqodakı narıncı rəmz və yarpaq işarəsi silinib. Bu addımla fərqli alternativləri də olan qazlı içkinin kənardan baxıldığında da fərqli ətirlərə sahib olduğunu vurğulamaq istənilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et