Faizlərin subsidiyalaşdırılması ilə bağlı daxil olan müraciətlərin sayı açıqlanıb | Banco.az

Faizlərin subsidiyalaşdırılması ilə bağlı daxil olan müraciətlərin sayı açıqlanıb

Müəllif- Şəbnəm Mehdizadə, Banco.az

Mövcud kredit portfeli üzrə faizlərin subsidiyalaşdırılması mexanizmi çərçivəsində indiyədək İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fonduna 6333 müraciət daxil olub.

Banco.az bu barədə fonda istinadən xəbər verir.

Məlumata görə, bunlardan 5047-nə subsidiya verilməsi barədə müsbət qərar qəbul edilib. Təsdiqlənmiş subsidiyanın məbləği 71.4 milyon manatdır.

Qeyd edək ki, faiz subsidiyası pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən və 2020-ci il 10 mart tarixinə aktiv kredit borcu olan sahibkarların kredit təşkilatlarından manatla aldıqları kreditlərə verilir. Faiz subsidiyası kreditlərin illik faiz dərəcəsinin 10% bəndi həcmində və 2020-ci ilin mart ayından başlayaraq 12 aydan çox olmayan müddətdə ödənilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et