Faizlər azalacaqmı? | Banco.az

Faizlər azalacaqmı?

2015-ci ildə kredit faizlərinin aşağ salınması üçün real tədbirlər görülməlidir. Bu barədə Mərkəzi Banka tapşırıq verilib. Bəs, faizlər hansı mexanizmlərlə aşağı salına bilər?

"Mərkəzi Bank kommersiya banklarının kreditləri üzrə faiz dərəcələrinin aşağı salınması, həmin dərəcələrlə Mərkəzi Bankın uçot dərəcəsi arasında fərqin azaldılması istiqamətində əməli tədbirlər görsün və görülən işlər barədə altı aydan bir prezidentə məlumat versin". Bu tələb dövlət başçısının fərmanında öz əksini tapıb.

Bəs faizlər hansı yollarla aşağı salına bilər? İndiyədək bu istiqamətdə bir sıra addımlar atıldı. Məsələn, sığortalanan əmanətlərin faiz dərəcəsi endirildi, istehlak kreditlərinin verilməsinə müəyyən müəhdudiyyətlər qoyuldu. Ancaq nəticə dəyişmədi. İqtisadçı Samir Əliyev məsələni belə izah edir:

“Düzdür, ilin əvvəli ilə müqayisədə orta faiz dərəcəsi 1 faiz bəndi qədər azalıb. Bu günfaktiki olaraq 14 faiz təşkil edir. Amma nəzərə alaq ki, bu, orta faiz dərəcəsidir. Əlçatan kreditlərin faiz dərəcəsi 20 faizdən də yüksəkdir."

Ən sərfəli kredit üçün müraciət et

İqtisadçılar hesab edir ki, kredit faizlərinin azaldılması üçün banklar aşağı faizlə resurs cəlb etməlidirlər. Digər tərəfdən bankdaxili problemlər də həll edilməlidir:

“Bir problem ucuz resurs məsələsidir ki, bank əgər əmanətdən asılıdırsa, 8-9 faizlə əmamət cəlb edirsə, onun verdiyi kredit mütləq ikirəqəmli olacaqdır. Çünki onun üzərinə öz xərclərini gəlir. Əgər bank istehlak kreditləşməsinə üstülük verirsə, deməli, onun işçilərinin sayı da çoxalacaq. İşçilərin sayı çoxdursa, bankların xərcləri də yüksəkdir. Deməli, burada ikinci məsələ bankların xərclərinin optimallaşdırılması məsələsinə yaxınlaşırıq."

Xərclərin optimallaşdırılması üçün mobil və internet bankçılığı inkişaf etdirib ixtisarlar aparmaqla işçi sayını və filialları azaltmaq mümkündür. İqtisadçı Samir Əliyev deyir ki, kredit faizlərinə təsir edən bürokratik maneələr də aradan qaldırılmalıdır:

Ən sərfəli krediti almaq üçün müraciət et