Tamara Mustafayeva, Banco.az
Dollar/TL məzənnəsi Türkiyə Respublikası Mərkəzi Bankının faiz qərarından sonra sürətlə yüksəlib.
Banco.az türk mətbuatına istinadla bildirir ki, Mərkəzi Bankın uçot dərəcəsi üzrə faiz bəndini 18-dən 16-ya endirməsindən sonra türk lirəsi tarixi minimumunu yeniləyib. 9.48 səviyyəsi ilə yeni rekorda imza atan məzənnə daha sonra bir qədər geriləyib.
Hazırda Dollar/TL məzənnəsi 9.44 səviyyəsində icra edilir.
Qeyd edək ki, Mərkəzi Bank ötən ay da gözlənilmədən uçot dərəcəsi üzrə faizləri aşağı salmışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!