Bank əmanətləri nağd pulunuzu idarə etmək üçün ən yaxşı vasitədir. Banklarda əmanətlərin müxtəlif növləri var. Hazırda ən çox tələb müddətli əmanətlərədir. Ölkəmizdə fəaliyyət göstərən bütün banklarda müddətli əmanət yerləşdirərək vəsaitinizdən gəlir qazana bilərsiniz. Bu əmanətlər müddətli olduğu üçün müddətin sonunda tam faizi ilə birlikdə vəsaitinizi bankdan geri götürə bilərsiniz.
Əgər istədiyiniz vaxt götürsəniz, bu zaman sizə faizlər ödənilmir, yaxud müəyyən qismi ödənilir. Zaman və məbləğ limiti olduğu üçün bu əmanətləri istədiyimiz kimi idarə edə bilmirik.
Bəs əmanəti yerləşdirib istənilən vaxt əmanətdən istifadə etmək və bu zaman faiz itirməmək mümkündürmü? – Bəli, mümkündür!
Bu dəfə digər əmanətlərdən daha fərqli əmanət növünü, istədiyimiz kimi idarə edə biləcəyimiz əmanətləri araşdırmışıq.
Araşdırmamıza görə, bir neçə bankda belə məhsul var. Gəlin, bankların təklif etdiyi bu tip əmanətlərlə və onların şərtləri ilə daha ətraflı tanış olaq.
Yelo Bank-da bu məhsul “Yelo Sərbəst” adlanır. Bu əmanət növündə faizlər digər banklardan daha yüksəkdir. Belə ki, məbləğdən asılı olaraq illik 8%-dək gəlir qazanmaq mümkündür. Həmçinin, vəsaitinizi istədiyiniz kimi idarə edə, istədiyiniz vaxt artırıb, azalda bilərsiniz. Kapitalizasiya funksiyası sayəsində faizlər hər ay əsas məbləğə əlavə edilir. Beləliklə, faizlərdən də faiz qazanmaq imkanı yaranır. Əmanətdən qismən məxaric edilmiş vəsaitə görə və ya əmanəti bağladığınız halda heç bir cərimə ödənilmir, faiz itkisi yaşanmır və hesablanan faizləri tam şəkildə əldə etmək mümkün olur. Onu da qeyd edək ki, əmanət sifariş edən müştərilərə aylıq faizlərin alınması üçün Yelo Light kartı hədiyyə verilir.
AccessBank – “Əlverişli” adlanan bu əmanət məhsulunda da istədiyiniz zaman vəsaiti artırıb, azaltmaq imkanı verilir. Məbləğdən asılı olaraq faizlər hər ay əsas məbləğin üstünə əlavə olunur və faizlərdən faiz qazanırsınız. İstənilən vaxt əmanət hesabını həm doldurub, həm də sərbəst istifadə etmək mümkündür. Əlverişli əmanət müddətsiz olaraq açılır.
Kapital Bank – “Müddətsiz” adlanan əmanət növündə siz vəsaitinizi vaxt məhdudiyyəti olmadan əmanət hesablarına yatıra bilərsiniz. Məbləğə görə hesablanan faizlər valyutaya uyğun olaraq fərqlilik göstərir. Banka yerləşdirilən əmanət məbləğini asanlıqla artıra və ya azalda bilərsiniz. Faiz gəlirlərinin ödənişi isə əmanət çıxarılanda edilir.
Hər üç bankda da əmanəti həm AZN, həm də USD valyutasında yerləşdirmək mümkündür.
Məbləğlər və faizlər isə infoqrafikdə qeyd edilib. Siyahı ən yüksək faiz təklif edən bankdan ən aşağı faiz təklif edən banka doğru sıralanıb.
Bizi sosial şəbəkələrdən izləyin!!