Faiz gəlirləri 59% artıb | Banco.az

Faiz gəlirləri 59% artıb

Banco.az saytı Bank Technique`in 30.09.2014 tarixinə olan maliyyə hesabatlarını açıqlamışdır.

Hesabatlara əsasən bankın maliyyə göstəricilərində əhəmiyyətli artımlar baş vermişdir. Belə ki bir il ərzində bankın aktivləri 29.6% artaraq 584.6 mln manat olmuşdur. Aktivlərin artımı əsasən kreditlərdə baş verən 45.9%-lik artım hesabına baş vermişdir. Kredit portfeli 311.2 mln manatdan 454.1 mln manata qədər yüksəlmişdir.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə depozitlərin həcmi 31.7% artaraq 310.2 mln manata bərabər olmuşdur.

2014-cü ilin III rübü üzrə Bankın xalis mənfəəti isə 1.06 mln manat təşkil etmişdir ki, bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 46,5% azdır. 

Lakin buna baxmayaraq bank fəaliyyətinin əsasını təşkil edən faizlərdən 28.6 mln manat gəlir əldə etmişdir ki, bu da bir il əvvəllə müqayisədə 59.1% çoxdur. Bankın qeyri-faiz gəlirləri isə 2.1 mln manat artaraq 15 mln manat təşkil etmişdir. Artım həmçinin bankın faiz və qeyri-faiz xərclərində də müşahidə edilmişdir. Belə ki, bank faiz xərcləri 19.1 mln manat, qeyri-faiz xərcləri isə 23 mln manat təşkil etmişdir ki, bu da ötən ilin müvaifiq dövrü ilə müqayisədə uyğun olaraq 45.5% və 19.1% çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı, əgər aktivlər üzrə baş verəcək zərərin ödənilməsi üçün xüsusi ehtiyatlarını ötən ilin III rübü ərzində 3.6 mln manat azaltmışdırsa, cari ilin III rübü üzrə bu ehtiyatlarını 391 min manat artırmışdır.

Banklardan onlayn şəkildə kredit sifariş etmək Kredit sifarişi bölməsinə daxil ola bilərsiniz.