Faiz dərəcələrinin aşağı salınması üçün tədbirlər görüləcək | Banco.az

Faiz dərəcələrinin aşağı salınması üçün tədbirlər görüləcək

“2015-cü ildə bank sektorunda maliyyə sabitliyinin qorunması da qarşıda duran strateji vəzifələrdən biridir” – bunu Mərkəzi Bankın İdarə Heyətinin 2014-cü ilin yekunlarına həsr olunmuş iclasında çıxış  zamanı Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.  

“Bunun üçün bank sektorunda immunizasiya tədbirləri davam etdiriləcək, risklər çevik tənzimlənəcəkdir. Biznesin uzunmüddətli kredit əldə etməsi imkanlarını artırılması təşviq olunacaqdır. Real sektorun maliyyə hesabatlığı, kreditorların hüquqlarının effektiv qorunması biznes kreditlərinin artmasında mühüm rol oynayacaq”.

Mərkəzi Bankın sədri həmçinin əlavə edib ki, faiz dərəcələrinin aşağı salınması istiqamətində tədbirlər davam etdiriləcəkdir. Bu baxımdan uzunmüddətli resursların bank sektoruna cəlb olunmasının stimullaşdırılması mühüm əhəmiyyət kəsb edir. Bank resurslarının dəyərinin azalması, korporativ müştərilərin effektivliyi, nağdsız hesablaşmaların genişlənməsi faiz dərəcələrinə əhəmiyyətli təsir edir.

Ən sərfəli kredit üçün müraciət et

Mərkəzi Bank 2015-ci ildə də bu sahədə zəruri tədbirlər həyata keçirəcək, aidiyyatı qurumlarla birgə iş aparacaqdır.

2015-ci ildə milli ödəniş sisteminin təhlükəsizliyi, texnoloji müstəqilliyi gücləndiriləcək, yerli plastik kart bazarı inkişaf etdiriləcək, hökumət ödəniş portalının istifadəsi miqyası genişləndiriləcəkdir.