Xəbər verdiymiz kimi, Türkiyə Mərkəzi Bankı pul siyasəti faizini 6,25 bənd artıraraq 24%-ə qaldırdı. Bundan əvvəl faiz 17,75 səviyyəsində idi.
Bazarlarda Türkiyə Mərkəzi Bankının 4-4.25 bənd faiz artıracağı gözlənirdi.
Mərkəzi Bank qərarını elan etdikdən sonra Dollar/TL məzənnəsi 5% düşərək 6.41 səviyyəsindən 6.01 səviyyəsinədək endi. Yenidən məzənnə bir qədər yüksələrək 6.1787 səviyyəsinə yüksəlib (Bakı vaxtı ilə saat 15:30-a olan məlumat).
Günorta saatlarında Ərdoğanın açıqlamaları ilə Dollar/TL məzənnəsi 6.34 səviyyələrindən 6.54 səviyyələrinədək qalxmışdı.
Mərkəzi Bankın faizi proqnozdan çox artırmasına baxmayaraq Türk Lirəsi ciddi dəyər qazanmayıb.
Marja.az