"Facebook"un yeni adı bəlli oldu | Banco.az

"Facebook"un yeni adı bəlli oldu

Tamara Mustafayeva, Banco.az

"Facebook"un yeni adı bəlli olub.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, "Facebook" CEO-su Mark Zuckerberg dünən şirkətin yeni adının "Meta" olduğunu açıqlayıb.

Əvvəlki məqalələrimizdən birində sosial media nəhəngi "Facebook" şirkətinin bu həftə rebrendinq edərək adını dəyişəcəyini xəbər vermişdik. Silikon Vadisi şirkətləri üçün qeyri-adi hal hesab edilməyən rebrendinq prosesi "Facebook" şirkəti üçün həmçinin "Metaverse" ("Metakainat") adlanan yeni layihəyə inteqrasiya kimi qiymətləndirilir. 

Şirkətin "Meta" adlanlandırılmasından sonra "Facebook" platforması da ana şirkətin tabeliyində olan "Instagram", "WhatsApp", "Oculus" və digər məhsullardan biri kimi nəzərə alınacaq, yəni platformanın adı olduğu kimi saxlanılacaq.

Qeyd edək ki, "Metaverse" layihəsi insanların oyun oynaya, işləyə və bir-biri ilə ünsiyyət qura biləcəyi virtual dünyaya qapı açır. "Metaverse" sözü ingiliscə "meta" (o yana, kənarda) prefiksi və "verse" (kainat sözünün qısaltması) hissəciyindən formalaşaraq internetin gələcək iterasiyasını təsvir etmək məqsədilə işlədilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et