"Facebook"un xalis gəliri 138% artıb | Banco.az

"Facebook"un xalis gəliri 138% artıb

2014-cü ilin ikinci rübü ərzində dərc edilmiş müsbət maliyyə hesabı fonunda ABŞ-ın Facebook sosial şəbəkəsinin səhmlərinin qiyməti 5% artıb. Nyu-Yorkda hərracın bağlanmasından sonra səhmlərin qiyməti şirkət üçün rekord (75.30 dollar) təşkil edib.

Hesabata əsasən, şirkətin xalis mənfəəti 2013-cü ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə, 2 dəfə artaraq 791 milyon təşkil edib. Bu isə 138%-lik artım deməkdir.

Ən sərfəli kredit üçün müraciət et

Hesabat dövründə mədaxil 61% artaraq 2,91 milyard dollar təşkil edib. Rüblük gəlirin çox hissəsi reklam gəlirlərinin (2.68 milyard dollar) payına düşüb.

Mənbə: milli.az

Ən sərfəli krediti almaq üçün müraciət et