"Facebook"un gəliri bütün proqnozları üstələyib | Banco.az

"Facebook"un gəliri bütün proqnozları üstələyib

ABŞ-ın sosial media platforması "Facebook"ın 2019-cu ilin 2-ci rübündə (aprel-iyun) gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 28 faiz artımla 16.89 milyard dollar təşkil edib. Bu, bütün analitik proqnozlardan çoxdur.

"Facebook"un aylıq aktiv istifadəçi sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8.1 faiz artımla 2.41 milyard təşkil edib. Proqnoz 2.42 milyard idi.

Ən sərfəli kredit üçün müraciət et

Gündəlik aktiv istifadəçi sayı illik 8.2 faiz artaraq 1.59 milyard olub. Gözlənti 1.57 milyard idi.

Sosial media nəhəngi sözügedən dövrdə bir səhm üzrə 91 cent mənfəət əldə edib. Əvvəlki ilin eyni dövründə bu məbləğ 1.74 dollar səviyyəsində idi.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et