“Facebook”da “Safety Check” funksiyası daimi olacaq | Banco.az

“Facebook”da “Safety Check” funksiyası daimi olacaq

“Facebook" sosial şəbəkəsi təhlükə zonalarında olan (məsələn, terror hücumları, təbii fəlakətlər zamanı) istifadəçilərin öz dostlarına xəbər verməsi üçün nəzərdə tutulan "Safety Check” funksiyasını daimi fəaliyyət  göstərən ayrıca bölməyə çevirib.

İKT.lent.az-ın TJ portalına istinadən verdiyi məlumata görə, yeni bölməyə artıq dünyanın hər yerindən təhlükəli vəziyyətlər barədə məlumatlar axacaq. Bunun sayəsində köməyə ehtiyacı olan, eləcə də onlara kömək göstərmək istəyən istifadəçilər bu niyyətlərini həyata keçirə biləcəklər.  

Ən sərfəli kredit üçün müraciət et

Şirkətdən dəqiqləşdiriblər ki, yeni bölmə yaxın həftələrdə “Facebook”un veb versiyasının və mobil əlavələrinin bütün istifadəçiləri üçün əlçatan olacaq.  

Qeyd etmək lazımdır ki, “Safety Check” bildiriş sistemi bir neçə dəfə qeyri-korrekt çalışıb. Belə ki, 2016-cı ilin dekabrında sistem Talilandda guya partlayış baş verdiyinə dair yalan xəbərdən sonra aktivləşib. Halbuki partlayış 2015-ci ildə baş vermişdi. Bu ilin mayında Moskvadakı qasırğa zamanı isə sistem işə düşməyib və 1 sutka sonra aktivləşib

Ən sərfəli krediti almaq üçün müraciət et