"Facebook" zirvədəki yerini saxlayır | Banco.az

"Facebook" zirvədəki yerini saxlayır

Tamara Mustafayeva, Banco.az

"Facebook" 2,91 milyard aktiv istifadəçi ilə sosial media platformaları arasında zirvənin sahibidir.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, "We Are Social" agentliyi tərəfindən müntəzəm olaraq həyata keçirilən araşdırma sosial media platformalarının aktiv istifadəçi sayını müəyyən edir. 

Agentliyin məlumatına görə, 2022-ci ilin birinci yarısında dünyada aktiv "Facebook" istifadəçilərinin sayı 2,91 milyard olub. Bununla da, platforma hələ də dünyanın ən böyük sosial şəbəkəsi ünvanını saxlayır.

"Facebook"dan sonra ən çox istifadə edilən sosial media platformaları "YouTube" 2,56 milyard, "WhatsApp" 2 milyard, "Instagram" 1,47 milyard, "Wechat" 1,26 milyard və "Tiktok" 1 milyard olaraq qeyd edilib.

Ən sərfəli kredit üçün müraciət et

Reytinqdə ilk 10-luğa daxil ola bilməyən "Telegram", "Pinterest" və "Twitter" platformalarının istifadəçi sayı isə müvafiq olaraq 550 milyon, 444 milyon və 436 milyondur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et