Facebook və ya Instagram hesabını bağlayanlara 120 dollara qədər pul ödənəcək | Banco.az

Facebook və ya Instagram hesabını bağlayanlara 120 dollara qədər pul ödənəcək

ABŞ-da yeni sosial araşdırmaya başlayan Facebook dəvət göndərdiyi bəzi istifadəçilərə Instagram və ya Facebook hesablarını müvəqqəti bağlamalarının qarşılığında pul ödəyəcək.

Bunun üçün hesab sentyabrın sonuna qədər bağlı qalmalıdır. Ödənişin məbləği isə 120 dollara qədərdir. 

Bu addımı atmaqda şirkətin əsas məqsədi istifadəçi sayını azaltmaq deyil, ABŞ-dakı seçkilərdə sosial medianın rolunu araşdırmaqdır. Facebookun araşdırmasına 200-400 minə qədər şəxsin qatılacağı gözlənilir. Sözügedən dəvət isə seçilmiş şəxslərə göndəriləcək. 

Facebook rəsmiləri bütün məlumatların anonim qalacağını və araşdırma nəticələrinin gələn ilə qədər açıqlanmayacağını bildiriblər.

ted.az

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et