“Facebook” və “Instagram” xidmətlərini Avropa ölkələrində dayandıra bilər | Banco.az

“Facebook” və “Instagram” xidmətlərini Avropa ölkələrində dayandıra bilər

“Meta” şirkəti Avropa İttifaqı ölkələrində “Facebook” və “Instagram” sosial şəbəkələrinin dayandırılması variantlarını nəzərdən keçirir.

Bu barədə şirkətin ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına təqdim etdiyi hesabatda bildirilib.

Aİ-nin yeni qanunu Avropa ölkələrinin vətəndaşlarından istifadəçi məlumatlarını toplayan şirkətlərdən bu məlumatları Avropa serverlərində saxlamağı və işləməyi tələb edir. Bununla belə, “Facebook” və “Instagram” məlumatları ABŞ-da yerləşən serverlərdə də göndərir.

Sosial medianın ana şirkəti “Meta” ehtimal verir ki, yeni qaydalara əməl etməyəcəyi təqdirdə xidmətlərini Avropada təqdim etməyi dayandırmaq məcburiyyətində qalacaq.

“Meta Platforms”un qlobal məsələlər və kommunikasiyalar üzrə vitse-prezidenti Nik Kleq iddia edir ki, bu, Aİ-də şirkət tərəfindən təqdim olunan xidmətlərə və reklamlara arxalanan bir çox biznesə zərər verəcək.

Ən sərfəli kredit üçün müraciət et

ted.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et