Facebook-un yaradıcısı 3 milyon insanı pulsuz internetlə təmin edib | Banco.az

Facebook-un yaradıcısı 3 milyon insanı pulsuz internetlə təmin edib

Facebook-un yaradıcısı Mark Zukerberq 3 milyon insanı pulsuz internetlə təmin edib. 

Bu barədə Zukerberq öz səhifəsində yazıb. O qeyd edib ki, bir il bundan əvvəl qurduğu internet.org portalı vasitəsi ilə indi hamıya pulsuz internet çatdırmaq mümkündür. Zukerberqin fikrincə, hər bir şəxs pulsuz internetə çıxış əldə etməlidir:

"Ötən il ərzində biz bu məqsədə çatmaq üçün bütün dünyada mobil rabitə operatorları ilə əməkdaşlıq etdik. Biz bu perspektivin reallığa çevrildiyini görmək istəyirik və biz artıq 3 milyon insana pulsuz internet xidməti göstəririk. Mən bu gün Zambiyada internet.org portalının fəaliyyətə başlanmasını elan etdiyim üçün çox həyəcanlıyam. İndi Zambiyada insanların yalnız 15%-nin internetə çıxışı var. Tezliklə, burada hər kəs Facebook vasitəsi ilə sevdikləri insanlarla əlaqə saxlamaq, iş yeri tapmaq və s. üçün pulsuz internetdən istifadə edə biləcək". 

O bildirib ki, bu, irəliyə atılan böyük bir addımdır və Facebook internet.org-un missiyasına nail olacaq: "Biz tezliklə digər ölkələri də pulsuz internet xidmətləri ilə təmin edəcəyik və bunu səbirsizliklə gözləyirik".

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: anspress.com

Ən sərfəli krediti almaq üçün müraciət et