Facebook-un köhnə yaradıcılarından Sean Parkerın qeyri-adi uğur hekayəsi | Banco.az

Facebook-un köhnə yaradıcılarından Sean Parkerın qeyri-adi uğur hekayəsi

Sean Parker ABŞ vətəndaşı olan bir biznesmendir. Lakin ona biznesmen olmaq heç də asan başa gəlməyib. Həm üstün zəkası ilə bir çox sahələrə investisiya etdi, həm də qəribə hadisələrlə dolu həyatı ilə mübarizəsini davam etdirdi.

Hələ yeddi yaşındaykən proqramlaşdırma öyrənməyə başladı. Litseydə oxuduğu dövrdə  sırf  həvəsi olduğu üçün  bir sıra internet saytlarını hack etmişdi. Ona görə də, uşaqlıqda Federal Təhqiqat Bürosu ilə aralarındakı münasibət yaxşı deyildi.  Amma etdiyi fəaliyyətlər kiməsə zərər vermədiyi üçün “ictimai xidmət” cəzası almışdı.

Litseyi bitirdikdən sonra ailəsi universitetə daxil olması üçün israr edirdi, lakin o internetdən tanış olduğu bacarıqlı hacker Shawn Fanning’in NAPSTER layihəsinə daxil olmaq üçün San Fransiskoya yollandı. 19 yaşında olduğu bir dövrdə  San Fransiskoda tək yaşayan Parker dostu ilə birlikdə  NAPSTER-ı qurdu.

İki dost NAPSTER ilə ilk illərində milyonlarca istifadəçiyə çatmışdılar və çox sürətli bir formada böyüyürdülər. Lakin müəllif hüquqları qorunan musiqi sənədlərini qanunsuz şəkildə paylaşdıqlarına aid məhkəmə qərarına görə, NAPSTER qurulduqdan 14 ay sonra fəaliyyətini dayandırdı.

Daha sonra NAPSTER yenidən quruldu. Lakin əvvəlki şöhrətini qazana bilmədi. Buna səbəb həm bazardakı rəqabət, həm də Parker-in  bu  işə cəlb edilməməsi idi.

2001-ci ildə Parker sosial şəbəkə olan Plaxonu yaratdı. Lakin qurduqdan üç il sonra  investorlar tərəfindən oradan da qovuldu. Bu dəfə səbəb isə narkotika idi.

2004-cü ildə Stanfordda çox qeyri-adi bir hadisə baş verdi. Dahi insan Parker, otaq yoldaşının kompüterində “the facebook” yazısını görür.  Bu hadisədən sonra Parker Nyu Yorka köçür və Zukerberqlə birlikdə Facebooku yaradırlar. Bu zaman onun 20 yaşı var idi və Mark Zukerberqə görə təcrübəsi daha çox idi.

Ən sərfəli kredit üçün müraciət et

Facebookun indiki vəziyyətini əvvəlcədən təxmin eləmişdi. Elə buna görə də, şirkətin rəhbəri o idi.  İdarə heyətində 5 oturacaqdan üçünə Sean Parker sahiblik edirdi.

Amma 2005-ci ildə bədbəxt hadisələr yenidən ondan əl çəkmədi. Bir tədbirdə narkotik maddə istifadə etdiyi iddiası ilə həbs olundu. Buna görə də, Facebookdakı rəhbərliyindən ayrıldı. Düzü, deyilən iddialar  heç bir zaman təsdiqlənmədiyi üçün cəza almadı. Lakin artıq çox əməyi keçməsinə baxmayaraq Facebookun prezidenti o deyildi. 

Sean Parker yenə də motivasiyadan düşmədi. 2006-cı ildə Peter Thiel’s Founder Fund– da idarəedici partnyor oldu. Beləliklə, Spotify’ın ABŞ-a gəlməsində köməklik edə bildi.

Arabir NAPSTER-i qurduğu dostları ilə bir araya toplaşıb yeni ideyalar fikirləşən Parker, bütün bu hadisələrə baxmayaraq xərçəng xəstəliyi üçün edilən araşdırmalara ən çox maliyyə yardımı edən insanlardan biridir.

Parkerin köhnə dostu, LinkedIn-in yaradıcısı onunla bağlı belə demişdi: “Onu niyə hələ də sevirik ki? Birincisi olduğu yerdə dəyər qatar, ikincisi çox sadiq bir insandır.” 

Sean Parker rolu “The Social Network” filmində Justin Timberleyk tərəfindən canlandırılıb.  Parker bu filmi xoşlamasa da, filmdə baş verən hadisələrin əksəriyyəti onun maraqlı həyat hadisəsini təsvir edir. 

Xəzər Aslanov

Ən sərfəli krediti almaq üçün müraciət et