Facebook-un idarə heyəti nə üçün Zukerberqin istefasını tələb edir? | Banco.az

Facebook-un idarə heyəti nə üçün Zukerberqin istefasını tələb edir?

Facebook-un idarə heyəti Mark Zukerberqi vəzifədən uzaqlaşdırmaq və səlahiyyətlərini məhdudlaşdırmaq niyyətindədirlər. Buna səbəb son zamanlar Facebook-un yaşadığı problemlər və nüfuzunun zədələnməsidir. Beləki, idarə heyəti Markın idarə sisteminin şirkət üçün böyük risk olduğu qənaətindədir.

“Bizim şirkətin idarə olunma strukturu böyük risklərə - nüfuz, normativ və s. səbəb zədələnməsinə səbəb ola bilər.” deyə maliyyə idarəçisi Skot Stringer bildirib. Onun belə narahatçılığına haqq qazandırmaq olar, çünki şəhərin pensiya fondu Facebook-un səhmlərinə 1 milyard dollar yatırım edib. Onun sözlərini digər həmkarları da təstiqləyib və bildiriblər ki, Markın heç kim qarşısında öhdəliyi yoxdur və o, heç nəyə görə hesabat vermir.

Məlumat üçün bildirək ki, Facebook-un səhmləri 2 yerə bölünür: A və B. Hansı ki, B səhmlərinin sahibləri daha mühüm rol oynayırlar. Zukerberq isə B səhmlərinin 75%-nə sahibdir.

Ən sərfəli kredit üçün müraciət et

Zukerberq isə bu mövzuyla əlaqədər heç bir münasibət bildirməyib.

Zukerberqə qarşı mövqeyin bu qədər dəyişməsinin isə bir sıra səbəbləri var. Beləki, ABŞ-da prezident seçkiləri zamanı baş verən qalmaqal, şəxsi məlumatların Cambridge Analytica-ya satılması bu prosesdə əsas düyün rolu oynayıb. Bundan əlavə Silikon vadisində də həmkarlarının ona münasibətinin dəyişməsi vəziyyəti daha da qəlizləşdirdi. Tim Kuk, Elon Mask, Brayan Ekton “Delete Facebook” (Facebook hesabını bağla) aksiyasına dəstək olaraq öz Facebook hesablarını bağlamışlar. Daha sonra isə WhatsApp yaradıcılarından biri olan Yan Kum da istefa edərək şirkətdən ayrılmışdı.

Bütün bunlara baxmayaraq, Zukerberq vəzifəsindən istefa etməyəcəyini, əksinə səbəb olduğu problemləri düzəldəcəyini açıqlayıb.

Nəcibə Yusifova, banco.az