"Facebook" "Snapchat"a rəqib olacaq yeni proqram hazırlayır | Banco.az

"Facebook" "Snapchat"a rəqib olacaq yeni proqram hazırlayır

“Facebook” “Snapchat”a rəqib olacaq yeni platforma üzərində işləyir.

Banco.az xəbər verir ki, “Threads” adlı yeni tətbiqetməni “İnstagram” vasitəsi ilə də istifadə etmək mümkün olacaq. Məlumatlara görə, “Threads” tətbiqi real vaxt rejimində məkan bildirişini, ani status paylaşımını, telefonun batareyasının vəziyyətini, foto və videoları “İnstagram”dakı yaxın dostları ilə paylaşmağa imkan verəcək.

Proqramın istifadəçilər və yaxın dostlar arasında "davamlı və avtomatik" yeniləmə etmələri istiqamətində dizayn edildiyi bildirilib. Sınaq mərhələsində olan tətbiqetmənin “İnstagram”la hədsiz bənzərliyinin olduğu qeyd olunur. Bununla yanaşı “İnstagram”dan daha çox istifadəçi cəlb etməsi gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Proqramın rəsmi olaraq nə vaxt təqdim olunacağı tarix hələki bəlli deyil. Lakin “Facebook”un işləri tamamlamadan mövcud proseslərin gedişatına xitam verməsi də mümkündür. “Facebook” əvvəllər bunu “Direct” adlı bir mesaj xidməti üçün də tətbiq etmişdi. Lakin “Facebook”un direktoru Mark Zuckerberg ötən ilin mart ayında verdiyi açıqlamada mesajlaşma xidmətinin şirkətin əsas gələcək planlarından biri olduğunu vurğulamışdı.

Aida İSAQ, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et