"Facebook" şirkətinin səhmləri kəskin ucuzlaşdı | Banco.az

"Facebook" şirkətinin səhmləri kəskin ucuzlaşdı

Tamara Mustafayeva,  Banco.az

"Facebook" şirkətinin səhmləri kəskin ucuzlaşıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, "Facebook", "Whatsapp" və "Instagram" platformaları ilə bağlı yaranan texniki nasazlıq səbəbindən "Facebook" şirkətinin səhmləri 5%-dən çox dəyər itirib.

Məlum olduğu kimi, dünən axşam saatlarında dünyanın hər yerindən istifadəçilər "Facebook", "Whatsapp" və "Instagram" platformalarından istifadə edə bilmirdilər. Sözügedən sosial şəbəkələrin işində yaranan problem davam edərkən hər üç platformanın sahibi olan Mark Zuckerbergə məxsus "Facebook" şirkətinin səhmləri Nyu-York fond birjasında 5%-dən çox ucuzlaşıb.

Qeyd edək ki, şirkətin keçmiş işçilərindən biri olan Frances Haugen-in açıqlamaları da, öz növbəsində səhmlərin ucuzlaşmasına səbəb olub. Belə ki, Haugen sosial media nəhənginin ictimai maraq ilə korporativ maraqlar arasında ziddiyət yarandıqda hər zaman öz xeyrini düşündüyünü söyləmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et