Facebook şirkətinə eyni anda iki məhkəmə işi açıldı | Banco.az

Facebook şirkətinə eyni anda iki məhkəmə işi açıldı

Tamara Mustafayeva, Banco.az

Facebook şirkəti Avropa İttifaqı və İngiltərə tərəfindən açılan məhkəmə işləri ilə qarşıya-qarşıya qalıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Avropa İttifaqı və İngiltərə Rəqabət Qurumları Facebook şirkəti haqqında reklam məlumatlarının sui-istifadəsi səbəbindən anti-inhisar istintaqı başladıb.

Hər iki qurumun da həyata keçirdiyi istintaq çərçivəsində Facebook şirkətinin reklamverənlərdən əldə etdiyi məlumatlardan onlarla rəqabətdə istifadə edib-etmədiyi araşdırılacaq.

Beləliklə də, Avropa Komissiyasının rəqabət məsələləri üzrə rəsmisi Marqaret Vestaqer (Margrethe Vestager) tərəfindən dünyanın ən böyük sosial media platformasına qarşı başladılan ilk istintaq işi Amerikalı texnologiya nəhənglərinə qarşı apardığı mübarizənin sonuncu həlqəsi olub.

Xatırladaq ki, Vestaqer dövründə daha əvvəl Alphabet şirkətinə təqribən 8 milyard avro dəyərində cərimə tətbiq edilmişdi. O, həmçinin hazırda Amazon və Apple şirkətlərinə qarşı da rəqabət istintaqı aparmaqdadır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram