Facebook platformaya növbəti yeni funksiya əlavə etdi | Banco.az

Facebook platformaya növbəti yeni funksiya əlavə etdi

Tamara Mustafayeva, Banco.az

Hər ötən gün platformada müəyyən dəyişikliklər edən və ya yeni funksiyalar aktivləşdirən Facebook bu dəfə də məhlələr üçün yerli şəbəkə xidməti olan "Nextdoor"a oxşar funksiya əlavə edib.

Sözügedən yeni funksiya isə "Neighborhoods" adlanır. Funksiyadan istifadə etmək üçün 18 yaşından böyük olmaq zəruridir. 

Ünsiyyət qura biləcəyimiz ətraf ərazilərdəki Facebook istifadəçilərinin bizi daha yaxşı tanıması üçün maraq dairələri, sevilən məkanlar və bioqrafiya əlavə etmək kimi seçimlər mövcuddur.

Qeyd edək ki, hazırda təkcə Kanadadakı Facebook istifadəçilərinin bəyənisinə təqdim edilən sözügedən funksiya yaxın günlərdə ABŞ-ın bəzi əyalətlərində də aktivləşdiriləcək. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et