Facebook Messenger Rooms xidmətinə canlı yayım funksiyası əlavə edir | Banco.az

Facebook Messenger Rooms xidmətinə canlı yayım funksiyası əlavə edir

Tamara Mustafayeva, Banco.az

Facebook platformasının videokonfrans xidməti olan "Messenger Rooms" üçün canlı yayım funksiyası sınaqdan keçirilir.

Dünyanın ən böyük sosial media şirkəti Facebook may ayında qrup video zəngləri üçün "Messenger Rooms" xidmətini istifadəçilərin bəyənisinə təqdim etmişdi. Şirkət insanların bu xidmətə olan marağını artırmaq məqsədilə bir sıra yeni tənzimləmələr həyata keçirir. İndi isə videokonfrans xidmətinə canlı yayım funksiyasının əlavə ediləcəyi açıqlanıb.

Facebook is bringing live streaming to Messenger Rooms.

Xatırladaq ki, "Messenger Rooms" xidməti vasitəsilə 50 nəfərə qədər insanın iştirakı ilə qrup zəngləri həyata keçirmək mümkündür. Yeni əlavə ediləcək canlı yayım funksiyası ilə də sözügedən xidmətin əhatə dairəsinin genişlənəcəyi gözlənilir.

Videokonfransı başladan istifadəçi yeni tənzimləmə ilə bu konfransı istənilən səhifə, qrup və ya profil ilə bölüşə biləcək. Bunu görən digər istifadəçilər də videokonfransı canlı izləyə biləcəklər. Bununla da təşkil edilən iclaslar daha çox insana çatmış olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Facebook canlı yayım funksiyasını ilkin mərhələdə bəzi ölkələr üçün əlçatan edəcək. Hazırda isə sözügedən funksiya təkcə "Messenger Rooms" xidmətinin veb versiyası üçün aktivdir. Yaxın günlərdə mobil cihazlar və masaüstü versiya da canlı yayım funksiyasına qovuşacaq.

Həmçinin oxu: Facebook ödənişli canlı yayımlara başlayır

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et