Facebook son zamanlar çoxlu sayda haqqında yayılan mənfi xəbərlərlə gündəmi zəbt etməkdə davam edir. Sonuncu dəfə şirkət istifadəçilərin şəxsi məlumatlarının paylaşması xəbəri ilə insanların diqqətini cəlb etmişdi. Lakin son gələn xəbərlər məlumatların yalnız Cambridge Analitics-lə deyil, o cümlədən digər tanınmış dünyaca məhşur şirkətlərlə də paylaşıldığını ortaya çıxarmışdı. Bu şirkətlər arasında texnoloji şirkətlər xüsusilə diqqəti cəlb edir. Bu haqda məlumatı EnGadget xəbər agentliyi məlumat yayıb. Beləki, agentliyin verdiyi məlumata görə, şirkət yarandığı ilk vaxtdan 52 şirkətlə belə əməkdaşlıq edib, lakin onlardan bəziləri 2018-də bu sözləşməni ləğv etsə də digərləri hələ də əməkdaşlığı davam etdirir. Bu məlumat Cambridge Analitics haqda hesabatda öz əksinə tapıb. Bu şirkətlər arasında Apple, Amazon, Microsoft, Samsung, Huawei və Alibaba kimi böyük şirkətlər var. Konqres qarşısında hesabat verən Mark əməkdaşlıq etdiyi 52 belə şirkətdən 38 ilə müqaviləyə xitam verdiyini və daha 7-si ilə yaxın zamanlarda əlaqələrə son verəcəyini bildirib. Xatırladaq ki, mart ayında Facebook, Analitics-in məlumatları istifadə məqsədinə etirazını bildirərək toplanmış məlumatları silməyəcəyi təqdirdə bütün lazımlı addımları atacağını bildirmişdi. Yaranmış söz-söhbətlərdən sonra Facebook çoxlu sayda maddi itkiylə üzləşmiş və Markın gəlirləri 65.5 milyarda qədər azalmışdı. Buna baxmayaraq o, dünyanın ən varlı insanları siyahısında ilk dördlüyə düşməyi bacarmışdı.
Nəcibə Yusifova Banco.az