Facebook Instagram Lite-ı təqdim etməyə hazırlaşır | Banco.az

Facebook Instagram Lite-ı təqdim etməyə hazırlaşır

Tamara Mustafayeva, Banco.az

Data sərfiyyatının həddindən artıq olduğu Instagram platformasının kiçik həcmli yeni versiyası təqdim ediləcək. Facebook şirkəti 30 MB əvəzinə 2 MB tələb edən "Instagram Lite"ı istifadəyə verdiyini rəsmi olaraq elan edib. Bu yeni versiya ABŞ da daxil olmaqla 170 ölkədə təqdim ediləcək.

Yəqin ki, əksəriyyətiniz "Instagram Lite" haqqında məlumatlısınız. Belə ki, "Instagram Lite" ilk dəfə 2018-ci ildə bazara çıxarılmış, ancaq bir il sonra "Play Store"dan çıxarılmışdı. 

Qeyd edək ki, yeni "Instagram Lite" vasitəsilə istifadəçilər platformadakı məzmunları görə bilsə də, video və fotoşəkil yayımlaya bilməyəcəklər. Ancaq başqa istifadəçilərin hekayələrinə baxa və özləri də hekayə yayımlaya biləcəklər. Bununla yanaşı, "Reels", "IGTV" videolarına və "Kəşf et" bölməsinə də çıxış əldə edə biləcəklər. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et