"Facebook" III rübdə xalis mənfəətini artırdı | Banco.az

"Facebook" III rübdə xalis mənfəətini artırdı

Tamara Mustafayeva, Banco.az

"Facebook" şirkəti iyul-sentyabr ayları üzrə maliyyə göstəricilərini açıqlayıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, dünyanın ən böyük sosial media platformalarından olan "Facebook"un gəliri ilin III rübündə 35% artmaqla 29 milyard dollara yüksəlib. Şirkətin xalis mənfəəti isə 17% artımla 9.2 milyard dollar hesablanıb.

Buna görə, şirkətin III rübdə əldə etdiyi gəlir ötən ilin eyni dövrü ilə müqayisədə 35% artıb ki, ötən il "Facebook" sözügedən dövrdə 21.5 milyard dollar gəlir əldə etmişdi. Bununla belə, şirkətin III rüb üzrə gəlirləri proqnozlardan geridə qalıb. Belə ki, ekspertlər bu göstəricinin 29.6 milyard dollar olacağını düşünürdülər.

"Facebook"un xalis mənfəəti isə ötən ilin eyni dövrünə nəzərən 17% artım göstərib ki, ötən il şirkət 7.8 milyard dollar xalis mənfəətə imza atmışdı. Şirkətin bir səhmi üzrə əldə etdiyi xalis mənfəəti də 3.22 dollara yüksəlib ki, ötən il bu göstərici 2.71 dollar idi. 

Qeyd edək ki, ilin III rübündə "Facebook" platformasının gündəlik və aylıq aktiv istifadəçi sayında da artım qeydə alınıb. Belə ki, gündəlik aktiv istifadəçi sayı sentyabr ayında illik əsasda 6% artımla 1,93 milyarda çatıb. Aylıq aktiv istifadəçi sayı isə eyni dövrdə 6% artımla 2,91 milyard olub.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, şirkət ilin IV rübü üzrə 31.5 milyard dollar ilə 34 milyard dollar aralığında gəlir proqnozlaşdırdıqlarını açıqlayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et