“Facebook” əməkdaşlarına pandemiyadan sonra da distant çalışmağa icazə verib | Banco.az

“Facebook” əməkdaşlarına pandemiyadan sonra da distant çalışmağa icazə verib

“Facebook” kompaniyası işlərini ofis xaricində görə biləcək bütün əməkdaşlarına koronavirus pandemiyası bitdikdən sonra da distant çalışmağa icazə verib.

“Facebook” kompaniyasının baş direktoru Mark Sukerberq şirkətdə çalışan 60 min işçisinin yarısının on il ərzində evlərində işləyə biləcəyini deyib.

Sosial şəbəkə ofislərini oktyabr ayında tam açmaq niyyətindədir. Ofisə qayıdan əməkdaşlar isə daha elastik qrafiklə işləyəcək: əməkdaşlar iş vaxtının ən az yarısını ofisdə keçirməli olacaqlar.

“Apple” və “Google” kimi digər böyük texnologiya şirkətləri isə əməkdaşlarına yaxın aylarda ofislərinə qayıtmalarını tövsiyə edib.

ted.az

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et