Facebook əməkdaşları üçün Silikon vadidə kənd tikəcək | Banco.az

Facebook əməkdaşları üçün Silikon vadidə kənd tikəcək

Facebook kompaniyası öz əməkdaşları üçün Silikon vadidə yaşayış kəndi salmaq niyyətindədir. Banco.az portalı Reutersə istinadən xəbər verir ki, şirkətin bu niyyəti yaşayış binalarının çatışmazlığı ilə izah olunur.

Facebook, öz mərkəzi ofisinin yaxınlığında, təxminən 1,5 min ədəd yaşayış evinin tikilməsi ilə bağlı Silikon vadisində kənd salınması layihəsində iştirak etməyi planlaşdırır. Bununla yanaşı kompaniyada bildirirlər ki, heç də bütün evlər şirkət əməkdaşları üçün nəzədə tutlmayıb. Evlərin 15%-i  bazar dəyərindən aşağı qiymətə satış üçün əlçatan olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Kompaniya, San-Fransiskodan təxminən 72 km məsafə yerləşən  Menlo-Park ərazisində yaşayış evlərinin tikintisinə investisiya etmək niyyətindədir. İnşaat planına əsasən ofislərin ərazisi 1, 75 mln kv metr, ticarət ərazisinin sahəsi isə 125 min kv metr təşkil edəcək. Menlo Park şəhər idarəsində isə şəhərdə qəfil sakin və nəqliyyat artımı ehtimalından dolayı narahatdırlar. Şəhərin meri Kirsten Keith bəyan edib ki, gözlənilən sakin axını onu bir az narahat edir.

Tikinti planının analizi və hazırlanması iki ilə qədər vaxt ala bilər. 

Könül Soltanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et