Facebook elektron pul xidmətinə başlayır? | Banco.az

Facebook elektron pul xidmətinə başlayır?

Facebook sosial şəbəkəsi elektron pul xidmətinə başlamağı planlaşdırır. 

Bu xidmət vasitəsilə istifadəçilər sosial şəbəkədə pul saxlama və pul köçürmələr edəcək. Bu xidmət sosial şəbəkələrin Avropa istifadəçiləri üçün mövcud olacaq.

Məlumatlara görə, Facebook şirkəti baş ofisin qeydiyyatda olduğu İrlandiya dövlət maliyyə xidmətinə bununla bağlı ərizə göndərib. 

Facebook hazırda üç London şirkəti ilə əməkdaşlıqla əlaqədar müzakirəyə start verib. Bunlar online və mobil telefon vasitəsilə beynəlxalq pul köçürmələri ilə məşğul olan TransferWise, Moni Texnologiyaları və Azimo şirkətləridir.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: anspress.com