Tamara Mustafayeva, Banco.az
Facebook son zamanlarda sürətlə populyarlıq qazanan yeni sosial media platforması "Clubhouse"a rəqib ola bilər.
Banco.az xarici mətbuata istinadla bildirir ki, sosial media nəhəngi hazırda "Clubhouse"a oxşar yeni tətbiq üzərində işləyir.
Facebook şirkətinin CEO-su Mark Zuckerbergin "Clubhouse" tətbiqində rəqəmsal və artırılmış gerçəklik mövzusunda baş tutan söhbət otağına qonaq olmasından bir neçə gün sonra sözügedən iddia meydana çıxıb. Ancaq qeyd edək ki, şirkət xəbəri rəsmi olaraq təsdiqləməyib.
Məlumat üçün bildirək ki, audio söhbət otaqlarından ibarət olan və son günlərin ən populyar tətbiqi "Clubhouse"a üzv olmaq üçün müəyyən müddət gözləmək ya da hazırda üzv olan hər hansı bir istifadəçidən dəvət almaq lazımdır.
Bizi sosial şəbəkələrdən izləyin!!