Tamara Mustafayeva, Banco.az
Facebook şirkəti onlayn alış-verişləri ənənəvi alış-verişə yaxınlaşdırmaq üçün istifadəçilərə yeni funksiya təqdim edir.
Banco.az xarici mətbuata istinadla bildirir ki, "Livestream" adlanan funksiya 21 may - 16 iyul tarixləri aralığında, həftənin cümə günləri Facebook platforması vasitəsilə gözəllik və dəb markalarının canlı yayımları əsnasında alış-veriş imkanı yaradacaq.
İstifadəçilər bu yayımlar zamanı yeni məhsulları kəşf edə, müvafiq suallara cavab tapa bilərlər.
Qeyd edək ki, Facebook hazırda Clinique, Sephora, Bobbi Brown Cosmetics və Abercrombie&Fitch kimi markaların məhsullarının satışına şərait yaradacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!