Ötən il ABŞ-da keçirilən prezident seçkiləri ərəfəsində “Facebook”un Rusiyaya aid hesablardan reklam aldığı ortaya çıxıb.
Xarici mətbuata istinadən xəbər verir ki, 3 min reklam üçün 100 min dollar xərclənib.
Reklamların 2200-ü siyasi motivli - ABŞ-da irqçilik, immiqrasiya və silah nəzarəti ilə bağlı sosial gərginliyə, parmalanmaya yol açan paylaşımlar olub. Bu reklamlara 50 min dollar vəsait sərf edilib.
Xatırladaq ki, ABŞ milli təhlükəsizlik orqanları Rusiyanın bu ölkədə keçirilən seçkilərə müdaxilə etdiyi iddiasını ortaya atmışdılar.
Mənbə: Report.az