Eynşteynin Ruzveltə yazdığı məktub hərraca çıxarılacaq | Banco.az

Eynşteynin Ruzveltə yazdığı məktub hərraca çıxarılacaq

Müəllif:Ayşən İmanova/Banco.az

Albert Eynşteynin 1939-cu ildə ABŞ-ın o zamankı prezidenti Franklin Ruzveltə yazdığı iki səhifəlik məktubu 4 milyon dollardan çox qiymətə satışa çıxarılacaq.

Hərrac "Christie's" hərrac evində sentyabr ayında baş tutacaq.

Banco.az xəbər verir ki, məktub Eynşteyn və onun həmkarı, fizik Leo Szilard tərəfindən 1939-cu ilin avqustun 2-də, Hitlerin ikinci dünya savaşının başlanması barədə elanından cəmi bir neçə həftə öncə yazılıb. 

Məktubda alim Ruzveltə Almaniyanın atom bombası yaratma ehtimalı barədə xəbərdarlıq edib. Buna cavab olaraq prezident Manhetten Layihəsinin xəbərçisi olan bir komitə yaradıb.

Məlumata görə, Eynşteyn sonradan Amerikanın nüvə silahı yaradan ilk ölkə olduğu səbəbindən bu məktubuna görə təəssüf hissi keçirib.
 
1947-ci ildə o, deyib: "Əgər mən almanların atom bombasını yaratmağa nail olmayacağını bilsəydim, mən barmağımı da tərpətməzdim".

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, məktubun birinci variantı Nyu-Yorkdakı Ruzvelt Muzeyində saxlanılır, ikinci, daha qısası isə “Microsoft”un mərhum həmtəsisçisi Pol Allen tərəfindən 2002-ci ildə 2,1 milyon dollara alınıb. Məhz bu versiya Allenin varisləri tərəfindən hərraca çıxarılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et