Dünyanın ən tanınmış alimlərindən biri olan Albert Eynşteynə aid əl yazısı məktub ABŞ-da 1,2 milyon dollara satılıb.
Məktubun satışını reallaşdıran RR hərrac evinin yaydığı məlumata görə, Eynşteynin dünyanın ən məşhur tənliyi olan E=mc² düsturunu ehtiva edən məktubu, gözləniləndən 3 dəfə daha yüksək bir qiymətə satılıb.
Eynşteynin 26 Oktyabr 1946-cı ildə polşalı fizikaçı Ludwik Silberstein-ə göndərdiyi məktubun, özəl bir kolleksiyaya aid tək nümunə olduğu qeyd edilib.
İlk dəfə 1905-ci ildə elmi bir jurnalda dərc olunan və fizikada kütlə-enerji ekvivalentliyini açıqlayan E=mc² tənliyi, müasir fizikanın təməl anlayışı olaraq qəbul edilir.
Albert Eynşteyn, fizika və riyaziyyat sahələrində gördüyü işlər səbəbiylə 1921-ci ildə Nobel Fizika Mükafatını qazanmışdır.
marja
Bizi sosial şəbəkələrdən izləyin!!