Expressbankın lotereyasında 2-ci avtomobil uduşu! | Banco.az

Expressbankın lotereyasında 2-ci avtomobil uduşu!

Expressbankın VISA kart istifadəçiləri üçün keçirdiyi “Şans Ekspressi” lotereyasında II rübün FİNAL tirajı üzrə super uduşun sahibi müəyyən olunubb. Qalib Volkswagen ID4 Pure+ markalı elektrikli avtomobil udub. Hədiyyənin təqdimolunma mərasiminə buradan baxa bilərsiniz.

Qalib təsadüfi seçim proqramı ilə Expressbankın rəsmi sosial media hesablarında açılan canlı yayımda seçilib. Əlavə olaraq, canlı yayıma qoşulan digər izləyicilər üçün də əyləncəli viktorina təşkil olunub və onlardan 5 nəfər canlı yayımda səslənən suallara tez və doğru cavab verməklə 100 AZN dəyərində pul mükafatı qazanıb.

Daha 2 avtomobil sahibini gözləyir!

Qeyd edək ki, “Şans Ekspressi” lotereyası 31 mart 2025-ci il tarixinə qədər davam edəcək. Daha 2 ədəd Volkswagen ID.4 Pure+ avtomobili, onlarla IPhone, AirPods və Apple Watch hədiyyələrinin qalibləri müəyyən olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

Lotereyada iştirak etmək üçün alış-veriş zamanı ödənişlərinizi Expressbank VISA kartları  ilə etməyiniz kifayətdir. Hər 10 AZN ödəniş şanslar qazandırır.

Lotereya haqqında daha ətraflı məlumat üçün buraya toxunun.

"Expressbank" ASC Bakı və regionlarda 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.

Lisenziya №119, 30.12.1992, AR MB. Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.

"Expressbank" –
İşiniz rahat getsin!