Müəllif: Gülnar Əhmədli, Banco.az
"Expressbank" 2024-cü ilin birinci rübündə 3 milyon 396 min manat xalis mənfəət əldə edib.
Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, 2024-cü ilin mart ayının sonuna bankın aktivlərinin həcmi 531 milyon 812 min manat olub ki, bu da illik müqayisədə 91 milyon 179 min manat və ya 20,7% çoxdur. Belə ki, 2023-cü ilin aprelin 1-i tarixinə bankın aktivlərinin həcmi 440 milyon 633 min manat idi.
Hesabat dövründə bankın kredit portfelinin həcmi 417 milyon 763 min manat, depozit portfelinin həcmi isə 209 milyon 432 min manat olub. Bankın kredit portfeli illik müqayisədə 118 milyon 247 min manat və ya 39,5%, depozit porfeli isə 22 milyon 951 min manat və ya 12,3% artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!