“Expressbank”da struktur dəyişikləri və təyinatlar olub! | Banco.az

“Expressbank”da struktur dəyişikləri və təyinatlar olub!

Gün gündən genişlənib artan Expressbank ASC, həm pərakəndə, həm korporativ müştərilərə xidmət keyfiyyətini artırmaq məqsədilə, struktur dəyişiklikləri keçirdi.

Beləcə, bankda yeni Biznes bankçılıq və Pərakəndə bankçılıq departamentləri yaradildı, və bu departamentlər, özlərinə aid satış və xidmət sahələrini tərkiblərində çəmləşdirdilər.

Bununla bağlı olan təşkilatı dəyişikliklər aşağıdakılardır:

Mehman Məmmədov İdarə Heyətinin sədr müavini təyin olundu. Yaşar Kərimov Pərakəndə bankçılıq departamentinin direktoru, Fərid Salahov isə onun müavini təyin olundu. Bankda həmçinin Ödəniş sistemləri və hesablaşmalar mərkəzi yaradıldı və mərkəzin başına Teymur Ağakişiyev təyin olundu. Mərkəz, içində 2 departamenti birləşdirəcəkdir:  Ödəniş sistemlərinin idarə edilməsi departamenti (Azər Rəsulov departament rəhbəri) və Hesablaşmalar departamenti (Pərvanə Şahmarova departament rəhbəri).

Ən sərfəli kredit üçün müraciət et

Biznes bankçılıq departamentinin direktoru Nicat Həmidov təyin olunub. Lalə Talıbova Biznes İnkişafı departamentinə departament direktoru müavini təyin olunub.

Dəyişikliklər nəticəsində, Kredit departamenti, Qeyri-kredit bank xidmətləri və məhsulları şöbəsi fəaliyyətini dayandırıb, və bu sahələr üzrə iş yeni struktur bölmələrinə tapşırılıb. Rəqəmsal xidmətlərin tətbiqi şöbəsi (Ləman Şeyxəliyevanın rəhbərliyi ilə), Maliyyə əməliyyatları monitorinqi şöbəsi (Anar Əbiyevin rəhbərliyi ilə), Nağd vəsaitlərin və digər qiymətlilərin saxlanılması və uçotu şöbəsi (Gülnarə İslamovanın rəhbərliyi ilə) yaradılıb.