Daxili Korporativ Sosial Məsuliyyətini ciddi dərk edən maliyyə institutu olaraq Expressbank əməkdaşları üçün ardıcıl sağlamlıq tədbirləri həyata keçirməyə davam edir.
7 aprel – Ümumdünya Sağlamlıq Günü münasibətilə 2025-ci ilin aprel ayı Bank daxilində “Sağlamlıq ayı” elan olunub. Sözügedən ay çərçivəsində Bankın əməkdaşları üçün həyata keçirilən növbəti sağlamlıq tədbiri Liv Bona Dea xəstəxanasının peşəkar dermakosmetoloqu Dr. Günay Feyziyevanın iştirakı ilə “Yaz aylarında dəridə ləkələr, səbəbləri və aradan qaldırılması yolları” mövzusunda seminar olub.
Seminar zamanı tədbir iştirakçılarına mövzu haqqında ətraflı məlumat verilib və onların dermatoloji problemlərlə bağlı müxtəlif sualları cavablandırılıb. Sonda isə tədbir iştirakçılarına tibbi-kosmetik məhsullar təqdim olunub.
Qeyd edək ki, Expressbank əməkdaşlarının sağlamlığının daim qayğısına qalır və bu yöndə ardıcıl tədbirləri “Sağlam komanda” layihəsi çərçivəsində həyata keçirir.